NATO liderləri Ankarada ailə fotosunda bir araya gəlib



Türkiyənin ev sahibliyi ilə keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammiti çərçivəsində liderlər ailə fotosu çəkilişində iştirak ediblər.

AFN.az xəbər verir ki, Prezident Kompleksində təşkil olunan sammitdə liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Mark Rutte qarşılayıblar.

Prezident Ərdoğan və Rutte liderlərlə ayrı-ayrılıqda foto çəkdiriblər.

Rəsmi qarşılama mərasimindən sonra ailə fotosunun çəkilişi baş tutub.

Fotoçəkiliş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sağında Albaniyanın Baş naziri Edi Rama, solunda isə NATO Baş katibi Mark Rutte dayanb.

Liderlər daha sonra Dövlət və Hökumət Başçılarının İclasının keçiriləcəyi zala keçiblər.

Ərdoğan zala Albaniyanın Baş naziri Rama ilə söhbət edərək daxil olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın iclasdan əvvəl ABŞ Prezidenti Donald Tramp ilə bir qədər ayaqüstü söhbət ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu