İran: Bəhreyn və Küveytdəki 85 ABŞ bazasını vurduq



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin atəşkəs şərtlərini pozmasına cavab olaraq Bəhreyn və Küveytdə yerləşən 85 Amerika hərbi obyektini raket və pilotsuz uçuş aparatları ilə hədəf aldığını bəyan edib.

AFN.az xəbər verir ki, İranın "Press TV" kanalının yaydığı məlumata görə, hərbi əməliyyat ABŞ-nin Hörmüz boğazındakı İran mövqelərinə təşkil etdiyi hava zərbələrinə qisas cavabı olaraq həyata keçirilib.

SEPAH Küveytdəki "Əli əl-Salem" aviabazasının, eləcə də Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına aid komandanlıq mərkəzlərinin və hərbi infrastruktur obyektlərinin vurulduğunu elan edib.

Bəyanatda Vaşinqtonun son addımlarının iki ölkə arasında imzalanmış anlaşma memorandumunu və atəşkəs şərtlərini açıq şəkildə pozduğu iddia olunur.

SEPAH həmçinin ölkənin cənubundakı Buşehr vilayətinə daxil olan Hörmüz bölgəsi səmasında ABŞ-yə məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatını hava hücumundan müdafiə sistemləri ilə vurduğunu iddia edib.

İran rəsmiləri PUA-nın hava hücumu fəaliyyətləri həyata keçirdiyi vaxt hədəf alındığını irəli sürüblər.

Qeyd olunan iddia ilə bağlı ABŞ rəsmi qurumlarından hələlik hər hansı bir açıqlama verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu