Hindistanda müğənni Ankit Baliyan güllələnib
Gənclər arasında populyar olan 35 yaşlı hindistanlı müğənni Ankit Baliyan silahlı hücum nəticəsində həlak olub.
AFN.az xəbər verir ki, bu barədə polisə istinadən "News9" portalı məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, müğənni Şamli şəhərində (Uttar-Pradeş şimal ştatı) idman zalından çıxarkən vurulub. İki motosikletlə gələn dörd hücumçu onu əhatəyə alaraq avtomatik silahdan atəş açıb.
Qaynar izlərlə aparılan əməliyyat zamanı polis iki şübhəlinin yerini müəyyən edib. Uttar-Pradeş polisinin xüsusi təyinatlıları ilə baş verən atışmada həmin şübhəlilər öldürülüb. Hadisə zamanı iki polis əməkdaşı da yaralanıb.
Baliyan hindi dilinin haryanvi dialektində yazılan mahnıların populyar müəllifi və ifaçısı idi.
Cinayətin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.

