ABŞ müttəfiqlərdən İrana qarşı sanksiyalara qoşulmağı tələb edir
Birləşmiş Ştatlar digər ölkələr qarşısında ultimatum qoyur: onlar ya İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsini dəstəkləyirlər, ya da ABŞ-yə qarşıdırlar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Biz insanlara deyirik: ya bizimləsiniz, ya da bizə qarşı görünürsünüz", - deyə o, Eşvilledə "Böyük İyirmilik" (G20) ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclası zamanı jurnalistlərin suallarını cavablandırıb.
İran rəhbərliyi ətrafındakı vəziyyətdən danışan nazir deyib: "Kiçik bir qrupun həmişəlik hakimiyyətdə qalması yolverilməzdir. Dünya İran hakimiyyətinin əməllərindən bezib. Prezident Tramp buna birdəfəlik son qoymaq istəyir", - deyə nazir əlavə edib.
