Respublikaçılar Trampın İranla bağlı qərarlarını tez-tez dəyişməsindən narazıdırlar - media


ABŞ Prezidenti Donald Trampın partiyadaşları dövlət başçısının İrana qarşı davamlı olaraq dəyişən siyasətindən narazıdırlar.

AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Mənbələrdən biri qeyd edib ki, bu cür yanaşmadan ABŞ-ın keçmiş prezidenti Duayt Eyzenhauer qəbrində tərs çevrilərdi.

"Hər şey plansız başladı, plansız davam etdi və böyük dərəcədə siyasi konyunktura ilə müəyyən olunur. Məhz buna görə də biz bu dəlixana vəziyyətini görürük: giririk, çıxırıq, qayıdırıq, yenidən çıxırıq, bombalayırıq, bombalamırıq. Demək istəyirəm ki, tvitlər vasitəsilə danışıqlar aparılması – Eyzenhauer qəbrində tərs çevrilərdi", - deyə keçmiş prezident Kiçik Corc Buşun administrasiyasında çalışmış adı açıqlanmayan rəsmi şəxs bildirib.

Trampın bu cür tərəddüdləri, xüsusən də Konqresə gözlənilən aralıq seçkiləri ərəfəsində, prezidentin Respublikaçılar Partiyasındakı hazırkı tərəfdaşlarının narazılığına səbəb olur. Partiyadaşlarından birinin sözlərinə görə, Yaxın Şərqdə eskalasiyanın tərəfdarlarını və əleyhdarlarını nəzərdə tutaraq hər iki düşərgə narazıdır.

Xatırladaq ki, Eyzenhauer 1953–1961-ci illərdə ABŞ-ın 34-cü prezidenti olub. 1957-ci ildə ABŞ-də Eyzenhauer doktrinası elan edilib. Bu doktrinaya əsasən, Vaşinqton Yaxın Şərq ölkələrinə beynəlxalq kommunizmdən müdafiə olunmaq üçün iqtisadi və hərbi yardım göstərəcəyini vəd etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu