Si Cinpin BMT-nin nüfuzunu bərpa etməyə çağırıb
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzunun bərpası üçün birgə səylər göstərməlidirlər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ÇXR Sədri Si Cinpin bəyan edib.
"BMT-nin nüfuzunu bərpa etmək, təşkilata yeni nəfəs vermək lazımdır", - deyə o, Bişkekdə "ŞƏT+" formatında keçirilən sammitdə çıxışı zamanı vurğulayıb.
Çin liderinin sözlərinə görə, qlobal və regional əməkdaşlığın təşviqi üzrə institutlar daha uzlaşdırılmış və səmərəli fəaliyyət göstərməlidir.



