Tramp Çikaqoda cinayətkarlıqla bağlı xəbərdarlıq etdi
ABŞ prezidenti Donald Tramp Çikaqoda (İllinoys ştatı) cinayətkarlıqla bağlı vəziyyətin kritik həddə çatdığını və nəzarətdən çıxdığını bəyan edib.
AFN.az xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.
"İndiki kimi pis vəziyyət heç vaxt olmayıb! Bu istirahət günlərində 41 nəfər odlu silahdan yaralanıb, 3 nəfər həlak olub. Bu rəqəmlər artıq normaya çevrilir. Vəziyyət nəzarətdən çıxıb. Mer və ya qubernator federal hökuməti köməyə çağırmasa, şəhər məhv olacaq. Mən zəng gözləyirəm. Heç kim bu şəraitdə yaşamağa məcbur edilməməlidir", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti federal qüvvələrin Vaşinqton nümunəsində olduğu kimi vəziyyəti tez bir zamanda stabilləşdirməyə qadir olduğunu vurğulayıb və yerli hakimiyyət orqanlarından rəsmi müraciət gözlədiyini əlavə edib.
Qeyd edək ki, "ABC News" telekanalının yerli bölməsi İllinoys ştatında istirahət günlərində kütləvi atışmanın baş verdiyi barədə məlumat yayıb.
