ABŞ öhdəliklərə qayıtsa, İran da adekvat addım atacaq - Pezeşkian


İran İslami Respublikasının Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ABŞ öz öhdəliklərinə qayıdacağı təqdirdə İran da İslamabad memorandumunun şərtlərini yerinə yetirməyə davam edəcək.

AFN.az xəbər verir ki, Pezeşkian bu barədə ŞƏT Dövlət Başçıları Şurasının iclasında danışıb. "Aydındır ki, ABŞ tərəfindən öhdəliklərin pozulması İranın adekvat cavabı ilə qarşılaşıb. Lakin mən açıq şəkildə bəyan edirəm: əgər ABŞ qeyd olunan anlaşma memorandumu üzrə öz öhdəliklərinin icrasına qayıdarsa, İran İslam Respublikası da dərhal analoji addımla cavab verəcək", - deyə o, vurğulayıb.

Pezeşkian əlavə edib ki, ABŞ-dan fərqli olaraq İran beynəlxalq öhdəliklərinə və müqavilələrinə əməl olunmasında qüsursuz təcrübəyə malikdir və hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq hərəkət edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu