Almaniya Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlayır


Almaniya hökuməti avqustun əvvəlində Leypsiq/Halle hava limanında PUA ilə bağlı baş verən insidentə görə Rusiyanın Bonndakı Baş Konsulluğunun sentyabrın 18-dən etibarən bağlanması barədə qərar qəbul edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə FRN-in xarici işlər naziri Yohann Vadeful bildirib.

"FRN hökuməti Leypsiqdəki hibrid hücumun təqsirkarı kimi Rusiyaya qarşı tədbirlər görür", - deyə Vadeful Berlində keçirilən mətbuat konfransında bəyan edib: "Təhlükəsizliyimizi möhkəmləndirməklə yanaşı, federal hökumət Rusiyaya qarşı tədbirləri işə salır. FRN kansleri ilə razılaşdırılaraq növbəti tədbirlərin görülməsinə sərəncam vermişəm: Rusiyanın Bonndakı Baş Konsulluğu sentyabrın 18-dən bağlanacaq".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu