Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul edilə bilər


Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul edilə bilər.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.



"Biz Avropa İttifaqında növbəti sanksiyalar paketi üzərində işi sürətləndirəcəyik. Deyə bilərəm ki, dünən Avropa Komissiyasının 18-ci sanksiyalar paketi ilə bağlı təkliflər təqdim etdiyinə görə minnətdaram. Və hər şey plana uyğun getsə, sənəd gələn həftə qəbul olunacaq", - deyə Merz Berlində Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında bildirib.



Almaniya kansleri həmçinin bildirib ki, Rusiya Atlantikanın hər iki tərəfində təhlükəsizlik təhdidləri yaradır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu