Çin texnologiya təhlükəsizliyinə görə ölkədən çıxış qadağası tətbiq edəcək



Çində sənaye və texnologiya təhlükəsizliyini təhlükəyə atan vətəndaşlara ölkədən çıxış qadağası tətbiq edilməsini nəzərdə tutan yeni qaydalar qüvvəyə minib.

AFN.az xəbər verir ki, Çin Dövlət Şurasının iyul ayında açıqladığı 19 maddəlik tənzimləmə ölkənin texnologiya sahəsində ixrac və idxal qadağalarını pozan şəxslərin ölkəyə giriş-çıxışına məhdudiyyətlər qoyulmasını nəzərdə tutur.

Bu gündən qüvvəyə minən qaydalara əsasən, Çinin başda süni intellekt olmaqla kritik texnologiyaların xaricə ötürülməsinə dair məhdudiyyətlərini pozaraq sənaye və texnologiya təhlükəsizliyini təhlükəyə atan şəxslərə qarşı ölkədən çıxış qadağası tətbiq edilə bilər.

Bundan əlavə, xaricdə cinayət törədən Çin vətəndaşlarının ölkədən çıxışı onların Çinə qayıtmasından sonra 6 aydan 3 ilədək məhdudlaşdırıla bilər.

Çin Dövlət Şurasından verilən açıqlamada yeni qaydaların milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını qorumaq məqsədi daşıdığı bildirilib.

Tənzimləmənin Çinin ABŞ ilə, xüsusilə süni intellekt sahəsində, texnologiya üzrə rəqabəti gücləndirdiyi bir dövrdə qüvvəyə minməsi diqqət çəkib.

Pekin rəhbərliyi daha əvvəl, 27 aprel tarixində çinli süni intellekt tətbiqi “Manus”un ABŞ-nin “Meta” şirkətinə satılmasının qarşısını almış və şirkətin təsisçiləri olan Çin vətəndaşları Syao Honq, Ci Yitsao və Tsanq Taoya ölkədən çıxış qadağası tətbiq etmişdi.

Bu arada yeni qaydaların qüvvəyə mindiyi gün beynəlxalq sosial media platformalarında Çin texnologiya şirkəti “Huawei”nin təsisçisi Ren Çjenfey və ailəsinin Çini gizli şəkildə tərk etməsi barədə təsdiqlənməmiş iddialar yayılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu