Xırdalanda evdə qumbara partladı: 19 yaşlı qız öldü


Xırdalanda fərdi yaşayış evində əl qumbarasının partlayışı nəticəsində 19 yaşlı qız həlak olub.

AFN.az xəbər verir ki, Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 14-də baş verib. Partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva həlak olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu