Möhsün Rzai: İranın şərtləri yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq



İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rzai ABŞ Prezidenti Donald Trampın “danışıqlara açığıq” açıqlamasına cavab olaraq İranın şərtləri yerinə yetirilənə qədər danışıqların aparılmayacağını bildirib.

AFN.az xəbər verir ki, Rzai sosial media hesabında paylaşdığı mesajda Trampın yenidən danışıqlara hazır olduqlarını bildirməsinə münasibət bildirib.

Rzai ABŞ prezidentinin mövqeyindəki dəyişikliklərlə bağlı “ABŞ prezidentinin ‘danışıqlar yoxdur’ ifadəsindən ‘danışmağa hazırıq’ mövqeyinə qədər verdiyi ziddiyyətli mesajlara aldanmayın” deyib.

O bildirib ki, neft və boğazlarla bağlı balans dəyişib. Rzai qeyd edib ki, vəziyyəti xilas etməyə çalışmaq yaxınlaşan hadisənin qarşısını almağa kifayət etməyəcək: "İranın şərtləri yerinə yetirilənə qədər danışıqlar yoxdur. Nöqtə!”.

Son həftələrdəki açıqlamalarında İranla danışıqlar aparmayacaqlarını bildirən Tramp isə dünən verdiyi açıqlamada “danışıqlara açıq” olduqlarını söyləyib.

İranlı rəsmilər ABŞ-la danışıqların yenidən başlaması üçün Vaşinqtonun blokadanı və iqtisadi təzyiqləri aradan qaldırmasını, dondurulmuş İran aktivlərini azad etməsiniİsrailin Livana və Qəzzaya hücumlarını dayandırmasını tələb edir.

Tehran həmçinin iki ölkə arasında 17 iyunda imzalanmış razılaşmada yer alan digər şərtlərin də yerinə yetirilməsini istəyir. Ümumilikdə İran danışıqların bərpası üçün 17 şərtin icrasını tələb edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu