İngiltərədə işsizlik may-iyul dövründə 4,9 faiz olub



İngiltərədə işsizlik səviyyəsi 2026-cı ilin may-iyul dövründə 4,9 faiz təşkil edib. Göstərici illik müqayisədə 0,2 faiz bəndi artıb, rüblük müqayisədə isə dəyişməyib.

AFN.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsi (ONS) may-iyul dövrünü əhatə edən üç ay üzrə əmək bazarına dair məlumatları açıqlayıb.

Məlumata görə, ölkədə işsizlik səviyyəsi sözügedən dövrdə 4,9 faiz olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz bəndi artım deməkdir. İşsizlik əvvəlki üç aylıq dövrlə müqayisədə isə dəyişməyib.

İşçilərin əsas maaşlarında illik artım tempi may-iyul dövründə 3,5 faiz, bonuslar da daxil olmaqla ümumi maaş artımı isə 3,9 faiz təşkil edib.

Dövlət sektorunda çalışanların maaşları 6,3 faiz artdığı halda, özəl sektorda maaş artımı 2,9 faiz olub.

ONS-un İqtisadi Statistika direktoru Liz MakKion məlumatları şərh edərkən əmək bazarının ümumilikdə sabit qaldığını və işsizlik səviyyəsinin dəyişmədiyini bildirib.

MakKion daimi işçilərin sayının tədricən azalmağa davam etdiyini və son bir ildəki azalmanın xüsusilə pərakəndə satış və qonaqpərvərlik sektorlarında daha qabarıq olduğunu qeyd edib.

Onun sözlərinə görə, kiçik müəssisələrdə əmək xərclərinin artması işə qəbul qərarlarına təsir göstərir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu