Almaniyada inflyasiya yüksəlib
Almaniya Federal Statistika İdarəsi (Destatis) iyul ayı inflyasiya məlumatlarını açıqlayıb.
Məlumata görə, Almaniyada illik inflyasiya iyul ayında 2,3 faiz olaraq təyin olunub.
Bildirilib ki, ölkədə iyunda 2,2 faiz olan illik inflyasiya iyulda 2,3 faizə yüksəlib. İstehlak qiymətləri indeksi (TÜFE) aylıq bazda 0,3 faiz artıb.
Bazar gözləntiləri iyul ayında illik inflyasiyanın 2,3 faiz, aylıq inflyasiyanın isə 0,3 faiz olacağı idi. Elan edilmiş məlumatların bazar gözləntiləri ilə eyni səviyyədə gəlməsi diqqət çəkib.
Almaniyada Aİ-yə uyğun gələn İQİ iyul ayında aylıq 0,5 faiz, illik bazda isə 2,6 faiz təşkil edib.
İyulda enerji məhsullarının qiymətləri illik bazda 1,7 faiz azalarkən, ərzaq məhsullarının qiymətləri 1,3 faiz artıb. Xidmət qiymətlərində isə illik 3,9 faiz artım olub.
Mənbə: AA