Kristin Laqard: "İnflyasiyanın yüksəlişi hələ bitməyib"


Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard əsas inflyasiyanın pik həddə çatdığına dair heç bir aydın dəlil olmadığını ifadə edərək, faiz artımlarının davam edəcəyinə işarə edib.


Laqard Almaniyanın Hannover şəhərində keçirilən bank konfransındakı çıxışında pandemiya sonrası tədarük zəncirindəki sarsıntılara, Rusiyanın Ukraynada başlatdığı müharibəyə və xərcləri əhəmiyyətli dərəcədə artıran enerji böhranına diqqət çəkib.

2022-ci ilin əvvəlində inflyasiya artımının sürətləndiyini və 2022-ci ilin iyul ayından faiz artırmağa başladıqlarını xatırladan Laqard, həmin tarixdən etibarən faiz dərəcələrini mənfi 0,50 faizdən 3,25 faizə qaldıraraq 375 baz bənd faiz artımı edildiyini xatırladıb.

İnflyasiyanın hələ də çox yüksək olduğunu və çox uzun müddət belə qalacağını ifadə edən Laqard, "Orta müddətli dövrdə inflyasiyanın yüzdə 2 səviyyəsinə endirməkdə qərarlıyıq. Bu səbəbdən faizləri indiyə qədər ən yüksək nisbətdə artırdıq. İnflyasiyanın hədəfimizə çatmasına əmin olana qədər faiz artımı dövrümüzü davam edəcəyik" deyib.

Laqard həmçinin faiz artımlarının inflyasiyada azalma tendensiyası yaratdığını və növbəti faiz artımlarında daha yavaş hərəkət etmələri lazım olduğunu vurğulayıb.

İnflyasiya məlumatlarının faiz dərəcələrinin nə qədər yüksək olacağına qərar verməkdə həlledici olacağını ifadə edən Kristin Laqard, orta illik inflyasiyanın 2025-ci ilin mart ayınadək 2,1 faiz olacağını proqnozlaşdırdığını bildirib: "Bu səviyyə hədəfimizdən yüksəkdir və biz inflyasiyanın 2025-ci ilin ikinci yarısına qədər 2 faizə qayıtmayacağını proqnozlaşdırırıq. Son iclasımızda apardığımız qiymətləndirmədən sonra inflyasiyanın görünüşündən razı olduğumuzu deyə bilmərik. Yeni proqnozlarımızı yaradacağıq və bu, sərtləşdirmə siyasətimiz üçün bizə yenilənmiş mənzərəni verəcək. Baza inflyasiyanın pik həddinə çatdığına dair heç bir aydın dəlil yoxdur, lakin ona baxmayaraq inflyasiyanın düzgün yolda olduğuna əmin ola bilərik”.

Bu gün açıqlanan Avro Bölgəsinin may ayı üzrə aparıcı inflyasiya məlumatlarına görə, Avro Bölgəsində inflyasiya may ayında aylıq bazda dəyişməyərək, illik bazda 6,1 faiz artıb. Avro zonasında illik inflyasiya aprel ayında illik bazda 7 faiz təşkil edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu