ABŞ-nin Nyu-Cersi ştatı su altında qalıb
ABŞ-nin Nyu-Cersi ştatında gecə saatlarından etibarən yağan güclü yağış daşqınlara səbəb olub.
AFN.az xəbər verir ki, Nyu-York, Nyu-Cersi və Pensilvaniya ştatlarında təsirli olan leysan yağışları xüsusilə Nyu-Cersidə ciddi fəsadlar yaradıb.
Ştatın bir çox bölgəsində gecə boyu davam edən güclü yağış nəticəsində bəzi avtomobil satış mərkəzlərindəki nəqliyyat vasitələri su altında qalıb.
Daşqınlar çox sayda ev və iş yerinə maddi ziyan vurub. Bəzi magistral yollarda da su basqınları müşahidə olunub və bir sıra ərazilərdə nəqliyyatın hərəkəti demək olar ki, dayanıb.
Rəsmilər yağışların gün ərzində də davam edəcəyini bildiriblər. Xüsusilə yollara çıxacaq şəxslərə ehtiyatlı olmaq və təhlükəsizlik tədbirlərinə əməl etmək tövsiyə edilib.

