Dərsliklərlə bağlı problemlər çoxdur - deputat
“Dərsliklərlə bağlı problemlər mövcuddur və bu problemlər heç də az deyil”.
Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Anar İsgəndərov danışıb.
“Bu gün sentyabr konfransında nazir Emin Əmrullayev şəxsən mənə bildirdi ki, payız sessiyasında dərsliklərlə bağlı iclas keçirilsə, öz tapşırıqlarını verəcək. Təbii ki, dərsliklərin sayı kifayət qədər çoxdur. Lakin ilk növbədə tarix, ədəbiyyat və xarici dil dərslikləri ilə bağlı hazırlıq işləri aparsaq, payız sessiyasında bu məsələ ilə əlaqədar iclas keçirə bilərik”, - deyə komitə sədri qeyd edib.





