Kanatı qaynına çəkdirdin... - Niyam Salami "Şəki Yaylası"nın sahibindən danışdı (VİDEO)
Müğənni Niyam Salami bir neçə gün əvvəl iki nəfərin həyatını itirməsi ilə nəticələnən kanat qəzasının baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin sahibi barədə paylaşım edib.
AFN.az xəbər verir ki, ifaçı sözügedən şəxsin Novxanıda fəaliyyət göstərən restoranında çalışdığı dövrdə və oradan ayrıldıqdan sonra ciddi problemlərlə üzləşdiyini bildirib.
Niyam Salami paylaşımında kanat qurğusunun təhlükəsizliyi ilə bağlı iş adamına sərt iradlar yönəldib:
“İndi də eşitdim Şəki yaylağında açdığın yerdə kanat çəkirsən. Kanatı işi bilənlərə çəkdir. Öz qaynına kanat çəkdirdin, 100 min ayırdın, hərə bir az cibinə qoydu, bu gün də kanat çəkildi. Camaatın balasını öldürdün. Sənin ucbatından camaatın balası öldü. Nə kanata, nə başqa şeyə baxan var. Pul gözünü örtüb”.
