Media: Tramp İran müharibəsinin uzun çəkə biləcəyi barədə xəbərdar edilib



ABŞ Prezidenti Donald Trampın yüksək səviyyəli müşavirləri onu İranla müharibənin illərlə davam edə biləcəyi barədə xəbərdar ediblər.

AFN.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yüksək vəzifəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Oval kabinetdə və Vəziyyət otağında keçirilən toplantılarda ABŞ-ın vitse-prezidenti JD Vance, Dövlət katibi Marco Rubio və digər yüksək vəzifəli şəxslər Tramp ilə İranın daha nə qədər müqavimət göstərə biləcəyini müzakirə ediblər.

Görüşlər zamanı Trampın yüksək səviyyəli müşavirlərinin fikrinə görə, hərbi qarşıdurmanın bir neçə il davam etməsi mümkündür.

Digər tərəfdən, mənbələr ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərqdə yerləşən bəzi hava hücumundan müdafiə bölmələrinin bölgədəki missiyasını müddətsiz şəkildə uzatmağı planlaşdırdığını bildiriblər.

ABŞ Prezidenti Donald Tramp Texas ştatına səfər etmək üçün Vaşinqtondan yola düşərkən hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Tramp İranla hazırda hər hansı aktiv danışıqlar aparmadıqlarını bildirib. O, müharibənin ABŞ-da keçiriləcək seçkilərdən dərhal sonra başa çatacağını düşündüyünü deyib.

ABŞ Prezidenti İranın Konqresə keçiriləcək aralıq seçkilərə təsir göstərməyə çalışdığını da iddia edib. Lakin Tramp bu iddiasını təsdiqləyən hər hansı əlavə məlumat verməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu