Tramp: İranla danışıqlar davam edir



ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini bildirərək, "Onlar bizimlə razılaşma əldə etmək istəyirlər" deyib. 

AFN.az xəbər verir ki, Tramp investisiya sammitində iştirak etmək üçün getdiyi Mayamidə hava limanında mətbuat mənsublarına İranla bağlı dəyərləndirmələrini bölüşüb.

İranı məğlubiyyətə uğratdıqlarını iddia edən Tramp iranlılarla müzakirələrin sürdüyünə işarə edib. Tramp "Hazırda onlar danışır, biz də danışırıq. Onlar bizimlə müqavilə bağlamaq istəyirlər" ifadəsini işlədib.

Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff da Mayamidə başlayan investisiya sammitində İranla bağlı açıqlama verib. Danışıqların davam etdiyinə toxunan Vitkoff bu həftə görüşlərin keçiriləcəyini düşündüklərini bildirib.

Müzakirələrlə bağlı ümidli olduqlarını vurğulayan Vitkoff iranlıların bir müddətdir əlində olan 15 maddəlik sazişin masada olduğunu və onlardan cavab gözlədiklərini, bu cavabın hər şeyi həll edəcəyini qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu