Kim Çen İnın bacısı Yaponiyaya qarşı əlavə tədbirlərin görüləcəyini bəyan edib
Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və KXDR lideri Kim Çen İnın bacısı Kim Yo Con Yaponiyanın təhlükəsizlik siyasətindəki dəyişikliklərlə əlaqədar Pxenyanın əlavə hərbi tədbirlər görəcəyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Kim Yo Con Tokionu hızla "hərbi dövlətə" çevrilməkdə ittiham edib. O, Yaponiyaya məxsus hərbi gəmidən "Tomahawk" qanadlı raketinin sınaq buraxılışına, ABŞ ilə birgə təlimlərə, uzaqvuran zərbə vasitələrinin yerləşdirilməsinə və hücum silahlarının inkişafına diqqət çəkib. Bəyanatda vurğulanır ki, bu addımlar Yaponiyanın önləyici zərbə endirmək imkanlarına yiyələnmək kursunu praktiki olaraq reallaşdırdığını göstərir.
O, həmçinin Vaşinqtonun Yaponiyanın hərbi potensialını artırmasına kömək etdiyini və Asiya-Sakit okean regionunda ağalığını təmin etmək üçün bu ölkədən Cənubi Koreya ilə birgə istifadə etdiyini qeyd edib. Kim Yo Con Tokionun hərbi ekspansiyasının regional və qlobal təhlükəsizliyə təhdid törətdiyini bildirərək, beynəlxalq ictimaiyyəti Yaponiyanın hərbi dövlətə çevrilməsinə imkan verməməyə çağırıb.


