Hindistan XİN Yaxın Şərqdə ticarət gəmilərinə hücumları dayandırmağa çağırıb
Hindistan Xarici İşlər Nazirliyi Yəmən sahilləri yaxınlığında bu ölkənin bayrağı altında üzən "Faize Noore Oliya" ticarət gəmisinə edilən hücumu pisləyib, bu tür əməllərə son qoyulmasına və regionda azad gəmiçiliyin bərpa edilməsinə çağırıb.
AFN.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistan XİN-in bəyanatında bildirilir ki, Ər-Riyaddakı səfirlik heyətin təhlükəsizliyini təmin etmək üçün Yəmən hakimiyyəti ilə sıx əlaqədədir. Nazirlik göstərilən dəstəyə görə Yəmən tərəfinə təşəkkürünü bildirib və beynəlxalq su yollarında təhlükəsiz gəmiçiliyin təcili təmin olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, atəşə tutulması nəticəsində "Faize Noore Oliya" gəmisi çevrilərək batıb. Gəmidə olan 14 dənizçinin tamamı (onlardan 13-ü Hindistan vətəndaşıdır) Yəmən Sahil Mühafizəsi tərəfindən xilas edilərək Moka limanına çatdırılıb.

