Venesueladakı zəlzələlərdə ölənlərin sayı 6125-ə yüksəldi



Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələdə həyatını itirənlərin sayı 6125 nəfərə çatıb. 

AFN.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının (AN) sədri Xorxe Rodriges sosial şəbəkə hesabında məlumat yayıb.

Rodriges bildirib ki, son məlumatlara əsasən, ölənlərin sayı 579 nəfər artaraq 6 min 125-ə, yaralananların sayı isə 16 min 740 nəfərə yüksəlib.

Bu arada Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriges paytaxt Karakasda keçirilən mənzil təhvilvermə mərasimində çıxış edib.

O bildirib ki, ilin sonunadək 4 min ailəyə 4 min mənzil təhvil veriləcək.

Rodriges deyib: "Dekabr ayına qədər təhvil verəcəyimiz bu 4 min mənzillə yanaşı, yeni evlərin tikintisinə başlamaq üçün torpaq sahələrinin araşdırılmasını davam etdirir və əraziləri hazırlayırıq. Üstəlik, bu rəqəmə sıfırdan inşa ediləcək yeni layihələr daxil deyil."

Rodriges zəlzələdən zərər çəkən vətəndaşların tək buraxılmayacağını vurğulayaraq bildirib: "Məqsədimiz bu ikiqat zəlzələdən ağır zərər görən vətəndaşlarımıza rahatlıq və ümid vermək, onların tək olmadığını hiss etdirməkdir. Müvəqqəti çadır şəhərciklərində və düşərgələrdə qalan hər bir insanın, hər bir uşağın və hər bir yaşlının tək olmadığını bilməsini istəyirik."




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu