Venesueladakı zəlzələlərdə həyatını itirənlərin sayı 3535-ə yüksəlib



Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 3535 nəfərə çatıb.

AFN.az xəbər verir ki, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes yerli mətbuata verdiyi açıqlamada ölkədə baş verən iki böyük zəlzələ fəlakətindən sonrakı son vəziyyətlə bağlı məlumat paylaşıb.

Zəlzələlərdə can itkisinin 3535-ə yüksəldiyini bildirən Rodriqes fəlakət nəticəsində yaralananların sayının isə 16740 olduğunu qeyd edib.

Rodriqes evlərini itirən vətəndaşlar üçün yaradılan müvəqqəti sığınacaq mərkəzlərinin sayının 82-yə çatdığını, ehtiyac sahiblərinə 9603 ton qida yardımı çatdırıldığını vurğulayıb.

Zərər görən bina sayının 856 olduğunu bildirən spiker tamamilə uçan tikililərin sayının isə 190 olduğunu diqqətə çatdırıb.

İtkin düşən şəxslərin yaxınlarının müraciət edə bilməsi üçün yaradılan "Venesuela Zəlzələsi İtkinləri" adlı mülki təşəbbüsün internet saytında yer alan məlumata görə, indiyədək 31 mindən çox insan barəsində itkin düşmə müraciəti qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu