Hörmüz boğazı yaxınlığında xəbərdarlıqlara məhəl qoymayan neft tankeri vurulub



İran hərbi dəniz qüvvələrinin Hörmüz boğazı yaxınlığında xəbərdarlıqlara məhəl qoymayan bir neft tankerini vurduğu bildirilib.

AFN.az xəbər verir ki, İran dövlət televiziyasının adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumata görə, sözügedən neft tankeri Hörmüz boğazı yaxınlığında ardıcıl edilən xəbərdarlıqlara diqqət yetirmədiyi üçün hədəf alınıb.

Xəbərdə Qətərə məxsus "Al-Rekayyat" gəmisinin ABŞ hərbi dəniz qüvvələrinin dəstəyi ilə Hörmüz boğazındakı Oman marşrutundan keçməyi planlaşdırdığı, lakin təkrar olunan xəbərdarlıqları görməzdən gəldikdən sonra vurulduğu qeyd edilib.

Böyük Britaniyanın dəniz ticarəti əməliyyatları idarəsi (UKMTO) də Hörmüz boğazında, Oman sahilləri yaxınlığında cənub istiqamətində hərəkət edən bir tankerlə bağlı siqnal aldıqlarını bəyan edib.

İran rəsmiləri hələlik hadisə ilə bağlı rəsmi bəyanat verməsələr də, "Axios"un xəbərlərinə görə, iki ABŞ rəsmisi hücumun məsuliyyətinin məhz İranın üzərinə düşdüyünü iddia edib.

Hücumun İranın Hörmüz boğazından keçən bütün gəmilərin Tehrandan icazə almalı olduğu barədə xəbərdarlıqlarına rəğmən, UKMTO-nun Cənub dəhlizinin koordinasiya olmadan istifadə edilə biləcəyini elan etməsindən bir gün sonraya təsadüf etməsi də diqqət çəkib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu