ABŞ-da anomal isti hava dalğası səbəbindən 25 nəfər ölüb



ABŞ-da təxminən bir həftədir təsirli olan anomal isti hava dalğası nəticəsində 25 nəfərin həyatını itirdiyi bildirilib.

AFN.az xəbər verir ki, "NBC News"un məlumatına görə, ölkə daxilində təxminən 40 milyon insan üçün isti hava xəbərdarlığı edildiyi halda, şərq və cənub bölgələrində temperatur 40,5 dərəcəyə qədər yüksəlib.

Nyu-York şəhərində istidən qaynaqlanan sağlamlıq problemləri səbəbindən 378-dən çox insan təcili yardım xidmətlərinə müraciət edib.

Nyu-Cersi ştatında anomal isti ilə əlaqədar 22, Missisipidə 2, İllinoysda isə 1 nəfər dünyasını dəyişib.

Milli Hava Xidməti (NWS) ölkənin şərqində isti hava xəbərdarlıqlarının davam edəcəyini, rütubətlə birləşdikdə hiss edilən temperaturun paytaxt Vaşinqton, Filadelfiya, Baltimor, Roli, ÇarlstonCeksonvil kimi şəhərlərdə 37,7 ilə 40,5 dərəcəyə qədər yüksələcəyinin gözlənildiyini bəyan edib.

Həddindən artıq istilərlə yanaşı, ölkənin şərqində güclü fırtına və dolu yağacağı gözlənilir.

NWS qəfil daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Qurum Delaverdən Konnektikuta qədər olan bölgə və Nyu-York şəhərini əhatə edən xətt boyunca təxminən 34 milyon insanın daşqınlardan təsirlənə biləcəyini və yağıntının miqdarının bəzi yerlərdə 7,6 santimetrə çata biləcəyini təxmin edir.

Digər tərəfdən, əlverişsiz hava şəraiti səbəbindən şərq ştatlarında yüz minlərlə ev və iş yerində elektrik enerjisinin kəsildiyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu