Merz islahatlarına qarşı çıxanları deyingənlər adlandırıb



Almaniya Kansleri Fridrix Merz hökumət islahatlarına qarşı çıxanları kəskin şəkildə tənqid edərək onları "mızmızalar""deyingənlər" adlandırıb.

AFN.az xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, o, bu bəyanatla Xristian Demokrat İttifaqı partiyasının Düsseldorfda keçirilən qurultayında çıxış edib.

Merz pessimist əhval-ruhiyyəyə qapılmamağa çağırıb və Almaniyanı irəlidə çox yaxşı illərin gözlədiyini bildirib.

O həmçinin vurğulayıb ki, hakim koalisiya pensiya sistemində, səhiyyədə dəyişikliklərisosial ödənişlərdən sui-istifadə hallarına qarşı mübarizə tədbirlərini özündə ehtiva edən irimiqyaslı islahatlar paketinin həyata keçirilməsini davam etdirmək niyyətindədir.

Kansler "Mızmızaların və deyingənlərin bizi dayandırmasına imkan verməyəcəyik", - deyə bildirib.

Çıxışı zamanı o, həmçinin rəhbərlik etdiyi XDİ/XSİ və SDP koalisiyasının işini müsbət qiymətləndirib, onu islahatlar koalisiyası adlandırıb və partiyadaşlarını nəzərdə tutulan dəyişiklikləri dəstəkləməyə çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu