Kritdə qalan britaniyalı turist ağcaqanad dişləmələrinə görə pulunu geri istəyib



Krit adasının Hanya şəhərində bir oteldə qalan britaniyalı turist ağcaqanad dişləmələrini əsas gətirərək oteli tərk edib və ödədiyi pulun geri qaytarılmasını tələb edib.

AFN.az xəbər verir ki, turist ayağındakı ağcaqanad dişləmələrinin yaratdığı narahatlığa görə tətilinin korlandığını bildirib.

Təxminən bir ay əvvəl baş verən hadisədə ayağındakı ağcaqanad dişləmələrinin fotolarını səlahiyyətlilərə göndərən turist yaşadığı vəziyyətin psixologiyasına mənfi təsir etdiyini və tətilinin məhv olduğunu iddia edib.

Britaniyalı turist yerləşmə haqqının tam və ya bir hissəsinin ona geri qaytarılmasını istəyib.

Krit Regional Şurasının müşaviri Kiriakos Kotsoglu yerli mətbuata açıqlamasında turistin yalnız şikayət etməklə kifayətlənmədiyini, oteli tərk edərək rəsmi şəkildə pulun geri qaytarılmasını tələb etdiyini bildirib.

Ağcaqanad dişləməsinə görə pulun geri qaytarılmasının tələb edilməsi bölgə rəsmiləri və turizm sektoru nümayəndələri tərəfindən qeyri-adi hadisə kimi qiymətləndirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu