Sevilyada son bir ayda "Qərbi Nil" virusundan ölənlərin sayı 5-ə yüksəlib


İspaniyanın cənubundakı Sevilya şəhərində son bir ayda "Qərbi Nil" virusundan ölənlərin sayı 5-ə yüksəlib.



Əndəlus muxtar hökumətinin Səhiyyə Nazirliyinin mətbuata verdiyi məlumatda Sevilyanın Coria del Rio şəhərində "Qərbi Nil" virusundan daha iki nəfərin öldüyü və son bir ayda bölgədə bu virusdan ölənlərin sayının 5-ə yüksəldiyini açıqlayıb.

Nazirlik qeyd edib ki, Sevilyanın Dos Hermanas, Los Palacios, Villafranca, Coria del Rio, Gerena və Carmona şəhərlərində indiyədək 10 nəfərdə "Qərbi Nil" virusu aşkar edilib, onlardan 5-i dünyasını dəyişib, 3-ü evə buraxılıb, 2-sinin isə xəstəxanada müalicəsi davam edir.

Ölənlərdən 4-nün 71-87 yaş arasında olduğu bildirilib.

Əndəlus muxtar hökuməti 2024-cü ildə "Qərbi Nil" virusuna yoluxanların sayının 40-a çatdığını açıqlayıb.

Xüsusilə ağcaqanad dişləmələri ilə yayılan virusa qarşı Sevilyadan keçən ən böyük çay olan Quadalquivir ətrafında nəzarəti gücləndirən Əndəlus muxtar rəhbərliyi bölgə xalqına ağcaqanaddan qoruyucu tədbirlər görməyi tövsiyə edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu