Yaponiyada oyun salonunu yandıran və 5 nəfərin ölümünə səbəb olan məhbus edam edildi
Yaponiyanın Osaka şəhərində 2009-cu ildə bir oyun salonunu yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhbus asılaraq edam edilib.
AFN.az xəbər verir ki, 58 yaşlı Sunao Takami adlı məhbus barəsində çıxarılan ölüm hökmü icra olunub.
Yaponiyanın mərkəzli Kyodo agentliyinin yaydığı xəbərə görə, məhbus Sunao Takami barəsindəki ölüm hökmü həyata keçirilib.
Ədliyyə naziri Hiroşi Hiraguçi keçirdiyi mətbuat konfransında “Diqqətlə və hərtərəfli apardığım qiymətləndirmələrdən sonra edamın həyata keçirilməsi barədə əmr verdim”, - ifadəsini işlədib.
Takami 5 iyul 2009-cu ildə bir oyun salonunun döşəməsinə benzin tökərək oranı yandırıb. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.
Barəsində 2016-cı ildə qüvvəyə minmiş ölüm hökmü çıxarılan Takami ölkədə 2025-ci ilin iyun ayından bəri edam edilən ilk məhbus olub.
Takaminin edamı “Yaponiyanın Baş naziri Takaiçi Sanae dövründə həyata keçirilən ilk edam” kimi qeydə alınıb.



