Kuba ABŞ-ı əhalinin əsas xidmətlərə çıxışını məhdudlaşdırmaqda ittiham etdi



Kuba xarici işlər naziri Bruno Rodriguez ABŞ-ın ada ölkəsinə tətbiq etdiyi yeni sanksiyaların əhalinin əsas xidmətlərə çıxışına mane olduğunu bildirib. 

AFN.az xəbər verir ki, Rodriguez ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi yeni sanksiyaların əhalinin gündəlik ehtiyaclarına mənfi təsir göstərdiyini vurğulayıb.

Rodriguez X platformasında verdiyi açıqlamada ABŞ-ın Kubada mədənçilik, xarici ticarət və metallurgiya sektorlarını hədəf alan sanksiyalarına münasibət bildirib.

ABŞ dövlət katibi Marko Rubionu Kuba hökumətinin əhalini əsas xidmətlərlə təmin etməsinə mane olmaq üçün qəsdən hərəkət etməkdə ittiham edən Rodriguez “Bu sanksiyalar, xüsusilə Kubadakı özəl mikro, kiçik və orta ölçülü müəssisələr tərəfindən tədarük edilən ərzaq, dərman və tibbi avadanlıq daşıyan konteynerlərin daşınmasına mane olur” ifadəsini işlədib.

Rodriguez sözügedən sanksiyaları Kubaya qarşı uğursuz bir vəsvəsə kimi qiymətləndirərək, “ICAP 60 ildən artıqdır ki, dostluğu, beynəlxalq həmrəyliyi, ədaləti və sülhü təşviq edən bir qurumdur; ABŞ dövlət katibinin korrupsiyalaşmış siyasətində hər zaman müdafiə etdiyi dəyərlərin tam əksini təmsil edir” deyə bildirib.

Milli mətbuatın məlumatına görə, ABŞ Kubada siyasi və iqtisadi dəyişikliklərə nail olmaq məqsədi daşıyan təzyiq siyasəti çərçivəsində dünən mədənçilik, xarici ticarət və metallurgiya sektorları ilə əlaqəli şəxslərlə yanaşı, İnşaat Nazirliyinin də daxil olduğu 9 dövlət qurumunu sanksiya siyahısına salıb.

Bundan əlavə, ABŞ-ın daha əvvəl sanksiya siyahısına daxil etdiyi Kuba Xalqlarla Dostluq İnstitutunun (ICAP) üç yüksək vəzifəli rəhbəri də sanksiyaya məruz qalan şəxslər arasında yer alıb.

Bildirilir ki, həmin şəxslər ABŞ-da məhkum edildikdən sonra Kubaya təhvil verilən “Vəhşi Arılar Şəbəkəsi”nin (Red Avispa) üzvlərindən biri olan ICAP prezidenti Fernando Qonzales Llort, birinci vitse-prezident Noemi Rabaza Fernandes və Şimali Amerika direktoru Leyma Martinez Freiredir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu