İsmayıllıda iki avtomobil toqquşdu: Ölənlər var - FOTO


Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında qızıl mədənində baş verən hadisə ilə bağlı başsağlığı verib.

AFN.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Mərkəzi Afrika Respublikasında qızıl mədənində çox sayda insanın həlak olması və yaralanması ilə nəticələnən insident xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə, Mərkəzi Afrika Respublikası xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında qızıl mədənində baş verən uçqun nəticəsində 100-dən çox insan həlak olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu