ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları keçdi
ABŞ-ın ümumi dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dollar səviyyəsini ötüb.
AFN.az xəbər verir ki, ABŞ Xəzinədarlıq Nazirliyi ölkənin avqustun 18-nə olan ümumi borc məbləğinə dair məlumatları yayıb.
Sözügedən tarixdə ictimaiyyətin əlində olan borc məbləği 32 trilyon 265 milyard dollardan çox olduğu halda, hökumətdaxili borclar 7 trilyon 781 milyard dollara çatıb.
Beləliklə, ABŞ-ın ümumi dövlət borcu 40 trilyon 47 milyard dollar olaraq hesablanıb.
ABŞ-ın dövlət borcu 2022-ci ilin əvvəlində 30 trilyon dollar səviyyəsini keçmişdi. Ölkənin dövlət borcunun 5 ildən az müddətdə 10 trilyon dollar artması diqqət çəkib.
Bu artımda pandemiya dövründəki stimullaşdırıcı paketlər, artan faiz xərcləri və həyata keçirilən vergi endirimləri kimi amillər təsirli olub.
ABŞ-ın dövlət borcu bu ilin əvvəlində isə 38,4 trilyon dollar səviyyəsində idi.



