Fransada həddindən artıq isti hava 7300-dən çox insanın ölümünə səbəb oldu



Fransada ilin əvvəlindən etibarən təsirli olan həddindən artıq isti hava səbəbindən 7300-dən çox ölüm qeydə alınıb.

AFN.az xəbər verir ki, Fransanın İctimai Səhiyyə İdarəsinin məlumatına görə, mayın 24-28-də təsirli olan isti hava dalğası zamanı ölkədə ən azı 300 əlavə ölüm baş verib.

Ölkədə iyunun 17-30-da ikinci isti hava dalğası zamanı 5764 əlavə ölüm qeydə alınıb.

Fransada iyulun 3-22-də baş verən isti hava dalğası zamanı isə 1 243 əlavə ölüm qeydə alınıb. Sözügedən ölümlərin dörddə üçünün 75 yaş və yuxarı şəxslərdən ibarət olduğu bildirilib.

Ölkədə ilin əvvəlindən etibarən təsirli olan həddindən artıq isti hava müddətində 7300-dən çox ölüm qeydə alınıb.

İctimai Səhiyyə İdarəsi isti hava dalğaları zamanı baş verən əlavə ölüm sayını xüsusi metodla hesablayır.

Qurum əlavə ölüm sayını isti havaların təsirli olduğu dövrdə baş verən ümumi ölüm sayından normal şəraitdə gözlənilən orta ölüm sayını çıxarmaqla müəyyən edir.

Ölkədə əlavə ölüm sayı hesablanaraq epidemiya, isti hava dalğaları kimi vəziyyətlərin əhalinin sağlamlığına və ölüm hallarına təsiri ölçülür.

Fransa bu il 1900-cü ildə temperatur göstəricilərinin qeydə alınmasına başlanılmasından bəri ən isti iyul ayını yaşayıb. İyul ayında orta temperatur 24,9 dərəcəyə yüksəlib.

Fransada iyul ayında 70 faiz yağıntı çatışmazlığı qeydə alınıb və bu, ölkə tarixində ən quraq üçüncü iyul olub.

Mütəxəssislər rekord səviyyələrə yüksələn temperatur və quraqlığın meşə yanğınları riskini artırdığını bildirirlər.

Tarixinin ən böyük yanğın mövsümünü yaşayan Fransada bu il 117 min hektardan çox ərazi kül olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu