Belçikada isti hava dalğasının səbəb olduğu ölümlərin sayı 2 mini keçdi



Belçikada iyunun sonu və iyulun əvvəlində təsirli olan isti hava dalğası zamanı ölüm sayının norma ilə müqayisədə 2 mindən çox artdığı bildirilib.

AFN.az xəbər verir ki, Belçika Səhiyyə İnstitutu "Sciensano" tərəfindən açıqlanan məlumatlara görə, isti hava dalğasının təsirləri başa çatdıqdan sonra da yüksək temperaturla bağlı insan tələfatı davam edib.

Ötən həftə açıqladığı 18 iyun - 3 iyul dövründə ölkədə isti hava dalğası ilə əlaqədar əlavə ölüm nisbətini 48 faiz olaraq yeniləyən "Sciensano" bu müddətdə isti hava dalğası səbəbindən əlavə olaraq 2 mindən çox ölümün qeydə alındığını diqqətə çatdırıb.

"Sciensano" isti hava dalğasından ən çox zərər çəkən regionun Valoniya olduğunu açıqlayıb. Regionda ölüm nisbəti normaya nisbətən 77 faiz artıb və 1059 əlavə ölüm qeydə alınıb, Brüssel Paytaxt Regionunda 188 əlavə ölüm, Flamand Regionunda isə 768 əlavə ölüm faktı qeydiyyata alınıb.

Ötən həftə açıqlanan göstəricilərdə isti hava dalğası nəticəsində 1747 əlavə ölümün baş verdiyi və əlavə ölüm nisbətinin 47,8 faiz təşkil etdiyi bildirilmişdi.

2020-ci ilin avqust ayında baş verən güclü isti hava dalğasında isə ölkədə 1557 əlavə ölüm meydana gəlmiş, ölüm nisbəti isə 37,5 faiz olaraq qeydlərə keçmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu