Nigeriyada neft oğurluğu cəhdində 37 nəfər zəhərlənərək ölüb
Nigeriyanın neftlə zəngin Rivers əyalətində neft oğurluğu zamanı zəhərli qaz udan 37 nəfərin həyatını itirdiyi bildirilib.
AFN.az xəbər verir ki, milli mətbuatda yayılan xəbərlərə görə, hadisə Rivers əyalətinin Okrika Yerli İdarəetmə Bölgəsindəki Okari estakadasında baş verib.
Çox sayda şəxsin neft daşıyan boru xəttinə bağlantı etdiyi zaman zəhərli qaz sızmasının baş verdiyi və qazdan təsirlənən şəxslərin zəhərləndiyi bildirilib.
Hadisə nəticəsində ən azı 37 nəfərin həyatını itirdiyi, huşunu itirən bəzi şəxslərin isə çaya düşərək itkin düşdüyü qeyd edilib.
Zəhərlənmədən sağ çıxan bəzi şəxslərin isə tənəffüs çətinliyi səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilib.
Rivers əyaləti polisinin sözçüsü Aqabe Blessinq Karbalo həyatını itirən və zəhərlənən şəxslərin neft oğurluğu cəhdində olduqlarını bildirib.
Karbalo hadisə ilə bağlı araşdırma başladıldığını qeyd edib.




