İngiltərə Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdı



İngiltərə tərkibində partlayıcı qurğu olduğu qiymətləndirilən pilotsuz uçuş aparatının (PUA) Almaniyadakı Leypsiq-Halle hava limanında aşkarlanması ilə bağlı Rusiyanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

AFN.az xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında Rusiyanın Leypsiqdəki hava limanına yönəlmiş hücumu qarşısında Almaniya ilə tam həmrəylik içində olduqlarını bildirib.

NATO müttəfiqlərinə və Ukraynaya verilən dəstəyin sarsılmaz olduğu vurğulanan açıqlamada, “Rusiyanın birliyimizi pozmağa yönəlmiş hücumları nəticəsizdir. Bu, Rusiya dövləti tərəfindən ümumi təhlükəsizliyimizi açıq şəkildə hədəfə alan son hücumdur” ifadələri işlədilib.

Açıqlamada, “Rusiyanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq sözügedən hücumu ən sərt şəkildə qınadıq. İngiltərə Avropalı və NATO üzvü müttəfiqləri ilə birlikdə Rusiyanın təcavüzkar fəaliyyətlərini hər səviyyədə ifşa etməyə davam edəcək” ifadələrinə yer verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu