Fransa Rusiyanın Parisdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Fransa Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu Ukraynada qeyri-hökumət təşkilatlarında çalışan iki Fransa vətəndaşının ölümündən sonra Xarici İşlər Nazirliyinə çağırıb.
Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin iki Fransa vətəndaşının, humanitar yardım işçisinin Rusiyanın hücumları nəticəsində həyatını itirdiyini açıqlayıb.
Fransa prezidenti Emmanuel Makron və xarici işlər naziri Stefan Sejourne sosial media platforması X hesablarından verdiyi açıqlamada hücumu pisləyiblər.