Maduronun həyat yoldaşı üçün ev dustaqlığı istənilib



ABŞ-ın yanvarın 3-də həyata keçirdiyi hərbi müdaxilə nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin vəkilləri onun ev dustaqlığına buraxılmasını tələb ediblər.

AFN.az xəbər verir ki, vəkillər buna Floresin ürək sağlamlığının pisləşməsini əsas gətiriblər.

Floresin vəkillərinin Manhettendəki federal məhkəməyə təqdim etdikləri ərizədə onun ürək sağlamlığının həbsxanada pisləşdiyi bildirilib. Ərizədə “Flores məhkəməsini ev dustaqlığında gözləmək imkanına layiqdir” ifadəsi yer alıb.

Vəkillər Maduro və Floresin növbəti məhkəmə iclasının gələn iyun ayında keçiriləcəyini qeyd edərək, Floresin bu müddət ərzində Manhetten ərazisindəki bir evdə qala biləcəyini bildiriblər.

Vəkillərin sözlərinə görə, ev dustaqlığı tətbiq olunacağı təqdirdə Flores 24 saat silahlı hərbçilər tərəfindən qorunacaq, yalnız məhkəmə və ya prokurorlar tərəfindən icazə verilən şəxslərlə görüşə biləcək və ev video-müşahidə sistemi ilə nəzarətdə saxlanılacaq.

Sözügedən tələbə hələlik cavab verilməyib.

Qeyd edək ki, Maduro və həyat yoldaşı Flores yanvar ayından etibarən Bruklindəki həbsxanada saxlanılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu