Cənubi Kiprdə təyyarəyə bomba xəbərdarlığı
Cənubi Kipr Rum Administrasiyasının Larnaka Hava Limanından uçuşa hazırlaşan sərnişin təyyarəsində bomba olduğu barədə məlumat daxil olub.
AFN.az xəbər verir ki, xəbərdarlıqdan sonra sərnişinlər təyyarədən təxliyə edilib.
Rum mətbuatında yayılan xəbərlərə görə, Cənubi Kipr Rum Administrasiyasının Larnaka şəhərindən İtaliyaya uçmaq üçün uçuş-enmə zolağının başlanğıcında gözləyən sərnişin təyyarəsində bomba olduğu barədə məlumat verilib.
Daxil olan xəbərdarlıqdan sonra təyyarə uçuş zolağından geri qaytarılaraq yenidən dayanacağa çəkilib və sərnişinlər təyyarədən təxliyə olunub.
Polis rəsmiləri hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıblar.


