Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub


Göyərtəsində 213 sərnişinin olduğu təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb.


Yaponiya mediasında yer alan xəbərlərə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan "All Nippon Airways"ın (ANA) 71 nömrəli reysi yerli vaxtla saat 17.30-da şimal Hokkaydo bölgəsindəki "New Chitose" hava limanına eniş edib.

Yanacaq sızması səbəbindən uçuş-enmə zolağının ortasında dayanan və göyərtəsində 213 sərnişin olan təyyarənin qanadlarından ağ tüstü qalxıb.

Yanğınsöndürənlər tüstünü nəzarətə götürərək sərnişinləri təxliyə edib.

Təyyarə xüsusi maşınlar vasitəsi ilə təhlükəsiz yerə aparılıb.

ANA-nın açıqlamasında bildirilir ki, təyyarənin hidravlik sistemində yağ sızması olub və tüstünün “buxarlanmış yağ” səbəb ola biləcəyi bildirilir.

Yeni Çitose Hava Limanında iki uçuş-enmə zolağından birinin müvəqqəti olaraq xidmətdən çıxdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu