İstanbula uçan təyyarə dovşanla toqquşdu: uçuş-enmə zolağı bağlandı
Münhen-İstanbul reysini yerinə yetirən sərnişin təyyarəsinin Sabiha Gökçen hava limanına enişi zamanı maraqlı hadisə yaşanıb.
AFN.az-ın məlumatına görə, yanvarın 5-i saat 19.13-də Sabiha Gökçen Hava Limanının uçuş-enmə zolağına daxil olan “Airbus A320 Neo” tipli təyyarə dovşana çırpılıb.
Qəza nəticəsində ölən dovşanın uçuş-enmə zolağından çıxarılması üçün yerə enməyə hazırlaşan təyyarələrə icazə verilməyib. Bu səbəbdən Urmiya-İstanbul və Budapeşt-İstanbul reyslərini yerinə yetirən təyyarələr uçuş-enmə zolağından yan keçməli olub.
Uçuş-enmə zolağının dörd dəqiqə ərzində təmizlənməsindən sonra hava nəqliyyatının hərəkəti normal fəaliyyətini bərpa edib. Uçuş zolağından yan keçən hər iki təyyarə bir müddət sonra Sabiha Gökçen hava limanına enib.
M.Vahidli