Çempionlar Liqası: "Sabah" "Hapoel"lə qarşılaşır
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
AFN.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxacaq.
Valdas Dambrauskasın komandası Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
Çempionlar Liqası
Pley-off, ilk oyun
18 avqust
23:00. "Hapoel" (Beer-Şeva, İsrail) – "Sabah" (Azərbaycan)
Hakimlər: Davide Massa, Filippo Meli, Alessio Berti, Matteo Marcenaro (İtaliya).
VAR: Marko Di Bello (İtaliya).
AVAR: Valerio Marini (İtaliya).
Buxarest, "Culeşti" stadionu.
