Tovuzda su kanalından iki kişi meyiti aşkarlandı


Tovuz rayonunda Xatınlı avtomobil yolunun kənarında yerləşən su kanalından iki kişi meyiti aşkar edilib.

AFN.az "Report"a istinadən xəbər verir ki, meyitlərdən biri "VAZ 2107" markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan şəxs Xatınlı kənd sakini Həziyev Səid Sakit oğlu, digəri isə Müseyibov Arzu Şahmar oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu