"Azəronline"ın işində problem yarandı: Tovuzun kəndlərində internet yoxdur
Tovuzun bir neçə kəndində internet neçə saatdır kəsilib.
AFN.az xəbər verir ki, bu barədə sayta rayonun Vahidli və Ağdam kəndlərinin sakinləri bildiriblər.
"AzərOnline"ın qaynar xəttindən fakt təsdiqlənib. Bildirilib ki, problemdən xəbərdardırlar: "İş gedir, ya bu gün, ya sabah internetin verilişi bərpa olunacaq".
Qaynar xəttin əməkdaşı kəsilməyə səbəb olan problem haqda məlumatlı olmadığını qeyd edib.



