Şəmkirdə ağır qəza: Ölənlərin sayı 5-ə çatdı
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
AFN.az xəbər verir ki, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub.
Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Sarıtəpə kənd sakinləri olduğu bildirilir.
***
Şəmkirdə ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 3 nəfər hadisə yerində ölüb.



