Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər etməyi planlaşdırır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Suriyaya səfər edəcəyini bəyan edib.
AFN.az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə müsahibəsində deyib: "Yaxın vaxtlarda Suriyaya səfər edəcəyəm". Ərdoğan planlaşdırılan səfərin dəqiq məqsədlərini açıqlamayıb.
O, Ankaranın qonşu dövlətə hərtərəfli dəstək vermək niyyətində olduğunu vurğulayıb: "Suriya tək qalmayacaq, onun sabitliyini qorumaq üçün əlimizdən gələni edəcəyik".



