Ağ Ev ABŞ-ın "Patriot" sistemləri ilə bağlı mövqeyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp Ukraynaya sursat verilməsi məsələsində aydın mövqe nümayiş etdirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Levitt keçmiş prezident Co Baydenin Ukrayna da daxil olmaqla müxtəlif ölkələrə həddindən artıq silah verməsindən təəssüfləndiyini qeyd edərək, Trampın hərbi yardım məsələlərində daha təmkinli olduğunu vurğulayıb. D.Tramp isə Kiyevə nə "Patriot" sistemlərinin istehsal texnologiyalarının, nə də "Tomahawk" qanadlı raketlərinin verilməsinə razılıq vermədiyini və belə bir qərarın imkan daxilində olmasına şübhə ilə yanaşdığını bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu