Brent neftinin bir barreli 87,92 dollardan satılır



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 87,92 dollardan satılır. 

AFN.az xəbər verir ki, dünən 89,07 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçersləri üzrə bir barelinin qiyməti günü 87,07 dollardan başa vurub.

Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:50-yə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 0,98 faiz artaraq 87,92 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin sentyabr fyuçersləri üzrə bir barelinin qiyməti də 82,13 dollar olaraq müəyyənləşib.

Brent neftində texniki baxımdan 88,16 dolların müqavimət, 87,32 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu